Bizə olan hücum NATO-ya hücumdur
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçika baş naziri Şarl Mişel ilə birgə mətbuat konfransında miqrant böhranı və Suriyadakı vəziyyətlə bağlı danışıb.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Ərdoğan müharibədən Türkiyəyə qaçan mühacirlərə qapı açdıqlarını və dənizdə batmaqdan 60 minə yaxın miqrantı xilas etdiklərini deyib.
“Xristiyan-yezidi ayrı-seçkiliyi etmədən bütün suriyalıları qonaq edirik. Bizim insanlıq vəzifəmiz bunu tələb edir . Sadəcə İtsanbulda 400 min mühacir var. Bu kimi işlərin çox böyük maliyyəsi var. Təkcə düşərgələdə 7,8 milyard dollar xərclədik. Aylanın fotosu ortaya çıxanda isə dünyanın diqqətini çəkdi”,- deyə Ərdoğan qeyd edib.
Suriya müharibəsinin bitməsi ilə bağlı həssaslığı olanlar da var, olmayanlar da”, - deyən Türkiyə prezidenti Suriyada yaratmaq istədikləri bölgənin “bufer” yox, “təhlükəsiz bölgə” olacağını və qaçqınların orda yerləşdirilərək qorunacağını qeyd edib.
Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozmasına da toxunan Ərdoğan deyib: “Rusiya dostunu itirərsə, çox şey itirər. Bizə olan hücum NATO-ya hücumdur”.

Şərhlər