Menu

Neftin bahalaşması fonunda Rusiya rublu sürətlə möhkəmlənir

07.10.2015, 16:17
Neftin bahalaşması fonunda Rusiya rublu sürətlə möhkəmlənir

Rusiya rublunun məzənnəsində xarici valyutaya nisbətdə sürətlə artım müşahidə olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün rublun rəsmi məzənnəsi avroya nisbətdə 2,48 rubl bahalaşıb. Nəticədə, 1 avro 70,46 rubla bərabər olub.

ABŞ dolları da rubla nisbətdə 2,39 rubl ucuzlaşıb. Belə ki, Mərkəzi Bankın məzənnəsində 1 ABŞ dolları 62,7 rubla enib.

Moskva birjasında isə 1 ABŞ dolları 61,80 rubla, 1 avro isə 69,80 rubla dəyişdirilib.

Qeyd edək ki, Rusiya milli valyutasının bahalaşmasına dünya bazarında neftin qiymətinin kəskin artması səbəb olub. Dünəndən etibarən neftin qiyməti 5%-ə qədər artıb.

Hazırda dünya bazarında Brent markalı neftin 1 barelinin qiyməti 52,74 dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol