“Amnesty İnternational”ın iki əməkdaşına Azərbaycana daxil olmağa imkan verilməyib. Musavat.com-un məlumatına görə, bu barədə RİA-Novostinin yaydığı məlumatda deyilir ki, təşkilat bu qərarı “ölkədə gözlənilən qarşıdakı parlament seçkiləri ilə bağlı söz azadlığına ciddi hücum” kimi qiymətləndirib.
“Azərbaycnda gələn ay gözlənilən parlament seçkiləri ərəfəsində söz azadlığı ciddi və ardıcıl təzyiqlərə məruz qalır”, - deyə “Amnesty İnternational”ın yaydığı bəyanatda qeyd edilir.
Agentliyin məlumatına görə, miqrasiya xidməti çərşənbə günü səhər öncə onların pasportlarını əlindən alıb, bir neçə saat sonra isə onlar deportasiya olunublar. Hər iki əməkdaşın gürcü millətindən olduğu bildirilir.


Şərhlər