Menu

İtaliya millisi bu gün Bakıya gəlir

08.10.2015, 10:49
İtaliya millisi bu gün Bakıya gəlir

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya millisi bu gün ölkəmizə gələcək.

Futbolxeber.az-ın verdiyi məlumata görə, “Skuadra Adzurra”nı Bakıya gətirən təyyarənin 20:00 radələrində Heydər Əliyev adına beynəlxalq hava limanına enəcək. Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanacaq.

Oktyabrın 9-da İtaliya millisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxacaq.

Xatırladaq ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da keçiriləcək və saat 21:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol