"İŞİD-in işini asanlaşdırır"
Rusiyanın hava əməliyyatları ilə paralel olaraq "İslam dövləti" (İŞİD) qruplaşması irəliləməyə davam edir.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyalı müxaliflər hava zərbələrinin əsasən üsyançı qruplara endirildiyini iddia edir.
Suriya müxalifət nümayəndələrindən Bahaa el-Halebinin sözlərinə görə, İŞİD Rusiyanın hava zərbələrindən yararlanaraq mövqelərini irəli çəkir. "Hər kəs üsyançılarla mübarizə aparmaq istəyir, lakin onlar üsyançılarla mübarizə apararkən bir yandan İŞİD irəliləyir".
Rusiya Baş Qərargah rəisinin müavini İqor Makuşevin sözlərinə görə, son 24 saat içində 67 uçuş nəticəsində 60 İŞİD hədəfi vurulub.
Beynəlxalq İnsan Haqları Təşkilatı isə ötən gün Talbisehdə Rusiya təyyarələrinin hücumu nəticəsində 30 nəfərin öldüyünü, 17 nəfər dinc sakin olmaqla 72 nəfərin yaralandığını açıqlayıb.


Şərhlər