Menu

Davudoğlu şübhəlilər barədə açıqlama verib

11.10.2015, 00:02

Ahmet DavutogluTürkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı partlayışın təşkilində İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyasının şübhəli olduğu barədə açıqlama verib.

“Bu cür terror aktı törətmək üçün potensiala yalnız İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyası malikdirlər. Araşdırmalar davam edir”, deyə Əhməd Davudoğlu bildirib. /APA/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol