Bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində IX tura yekun vurulub.
Azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi A qrupunda yalnız pley-offa vəsiqə verən 3-cü yer uğrunda mübarizə davam edib. Çexiya ilə İslandiya Fransaya vəsiqəni təmin etdiyindən Türkiyə və Hollandiya üçüncülük üçün mübarizəni davam etdirir. Hollandlar səfərdə Qazaxıstan millisinə 1-2 qalib gəldikdən sonra türklərin qələbə qazanmaqdan başqa çarəsi qalmamışdı. Fatih Terimin komandası bu ağır işin öhdəsindən gələrək səfərdə Çexiya millisinə 0-2 qalib gəlməyə nail olub.
A qrupu
İslandiya - Latviya - 2:2
Qol: Siqtorson, 5, Siqurdson, 27 - Kauna, 49, Sabala, 68
Qazaxıstan - Hollandiya - 1:2
Qol: Kuat, 90+6 - Viynaldum, 33, Sneyder, 50
Çexiya – Türkiyə - 0:2
Qol: Selçuq, 62 (pen.), Hakan Çalhanoğlu, 80


Şərhlər