Xəbər verdiyimiz kimi, dünən daxili İşlər naziri general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəislərinin yerini dəyişib. Əvvəlcə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyevi Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə gətirən nazir onun yerinə Yasamal RPİ-nin rəisi Əkbər İsmayılovu təyin edib.
Yasamal RPİ-nin rəisi vəzifəsinə isə Pirallahı rayon PŞ-nin rəisi İsfəndiyar Mehbalıyev təyinat alıb.
Pirallahı royununun polis rəisi vəzifəsinə isə Qax rayon PŞ-nin rəisi Cümşid İsmayılovu təyin edib.
“AzPolitika.info”nun məlumatına görə, Pirallahı royununun yeni rəisi Azərbaycan Respublilkası Dövlət Neft Şirkətinin (SOCAR) umumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılovun qardaşıdır. 2005-ci ildən SOCAR-da vitse-prezident postunu tutan Mikayıl İsmayılov şirkətin idarəçiliyində əsas söz sahiblərindən biri kimi tanınır.
Qardaşının paytaxt rayonlarından birinin rəisi vəzifəsinə gətirilməsi Mikayıl İsmayılovun avtoritetinin yalnız Neft Şirkəti ilə məhdudlaşmadığını göstərir.
Rasim
AzPolitika.info


Şərhlər