Menu

Türkiyədə terrora qarşı etiraz aksiyası keçirilib

11.10.2015, 13:23
Türkiyədə terrora qarşı etiraz aksiyası keçirilib

İstanbulda minlərlə insanın iştirakı ilə terrora qarşı etiraz aksiyası keçirilib.ANS PRESS-in məlumatına görə ötən gün Ankarada baş verən dəhşətli partlayış nəticəsində 100-ə yaxın insanın ölməsi Türkiyənin iri şəhərlərində etirazlara yol açıb. İstambuldan savayı etiraz dalğası Batman, İzmit, Diyarbəkirdə də qeydə alınıb.

İstambul küçələrinə çıxan on minlərlə aksiya iştirakçısının əllərində hökümətə qarşı plakatlar olub. Aksiyaya toplaşanların təhlükəsizliyini yüzlərlə polis əməkdaşı qoruyub. Diyarbəkirdə isə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

img src="http://s020.radikal.ru/i715/1510/7e/0ba458917516.jpg" alt="" />

İstanbulda etiraz aksiyası

Ankarada baş verən terror aktına qarşı çoxsaylı etiraz aksiyaları bir sıra Avropaşəhərlərində də baş tutub.

Franse Press agentliyinin məlumatına görə Paris Respublika meydanında keçirilən aksiyaya 1000 yaxın insan qatılıb ki, onların çoxsu kürdlər olub. Aksiyanı Kürdlərin Fransadakıdemokratik şurası təşkil edib. Təşkilat nümayəndələri bu “qorxaq və iyrənc cinayəti qətiyyətlə pislədiklərini” bildiriblər.

Türkiyədə terrora qarşı etiraz aksiyaları həmçinin İsveçrənin Sürix şəhərindədə baş tutub. Şəhər mərkəzinə 1000-ə yaxın insan toplaşıb.

Sürixdə etiraz aksiyası

Oktyabrın 10-nu Ankarada mərkəzi dəmiryolu vağzalında ardıcıl olaraq iki partlayış baş verib. Həmin zaman vağzal yaxınlığında “Əmək, sülh, demokratiya” adı altında kürdlərlə anlaşılmazlıq və terrora qarşı keçirilən mitinq iştirakçıları toplaşmışdılar. Nəticə partlayış zamanı 95 nəfər həlak olub 200-dən çox insan yaralanıb.

Türkiyə xüsusi xidmətlərinin məlumatına görə partlayış iki terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

Ölkənin Baş naziri Əhməd Davudoğlu hadisədən sonra verdiyi bəyanatda terrorun təşkilində İŞİD silahlıları, Kürdüstan Fəhlə Partiyası ( PKK) fəallarının və radikal solçuların şübhəli bilindiyi bildirib.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin baş verdiyi ərazi

İyulun sonunda Türkiyə hakimiyyəti PKK nümayəndələrinə qarşı geniş əməliyyatlara başlayıb. Ankara və Vaşinqton bu partiyanı terror təşkilatı kimi tanıyır.

Sentyabrın 6-da Türkiyənin Hakkari vilayətində PKK silahlılarının hücümu nəticəsində 16 türk əsgərinin həlak olması sentyabrın 8-də isə öklənin şərqində avtobusun partlaması nəticəsində 14 türk polisinin ölməsi Türkiyəni İraq ərazisində kürdlərə qarşı geniş əməliyyatlara başlamağa məcbur edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol