Menu

Azərbaycanda avronun bahalaşması davam edir

12.10.2015, 09:47

dollar_avro_002Bu gün oktyabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 12-si olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 9-u ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0095 manat və ya 0,8% artaraq 1,1914 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,17% azalaraq 0,0169 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol