Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi "Şahdağ Mehmanxana" SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi haqqında elan verib.
Elanda qeyd olunur ki, “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 1997-ci il tarixli 697 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Şahdağ Mehmanxana” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 100 (yüz) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi tanınan yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edilmiş iddiaçıya üstünlük veriləcəkdir.
1. Səhmdar cəmiyyəti haqqında məlumat (01 oktyabr 2015-ci il tarixinə)
Hüquqi ünvanı: Azərbaycan Respublikası, Quba şəhəri, Y.Qasımov küçəsi, 66
Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: mehmanxana xidməti
Nizamnamə kapitalı: 91 166 (doxsan bir min bir yüz altmış altı) manat
Buraxılmış səhmlərin sayı: 45 583 (qırx beş min beş yüz səksən üç) ədəd
Buraxılmış səhmlərin növü: sənədsiz adlı
Bir səhmin nominal dəyəri: 2 (iki) manat
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı: 45 583 (qırx beş min beş yüz səksən üç) ədəd
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri: 91 166 (doxsan bir min bir yüz altmış altı) manat
Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində səhmdar cəmiyyətinin Özəlləşdirmə planında yerləşən tikililərin xarakteristikası: (Emissiya prospektində) göstərilmişdir
Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı: yoxdur
Qeyri-maddi aktivlər:yoxdur
İstismara verildiyi il: 1929
İşçilərin sayı: 1 nəfər
Səhmdar cəmiyyətinin öhdəlikləri: yoxdur
Debitor borcları:yoxdur
2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
2.1. Müəssisənin (mehmanxananın) fəaliyyətinin bərpa edilməsi və müasir standartlara uyğun şəkildə yenidənqurulması ilə bağlı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə İnvestisiya Proqramının təqdim edilməsi:
2.1.1. müəssisənin yenidənqurulması və fəaliyyətinin inkişaf etdirilməsinə dair təkliflər;
2.1.2. müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması və ərazisinin abadlaşdırılmasına dair təkliflər;
2.1.3. yeni iş yerlərinin yaradılması və işçilərin sosial təminatına dair təkliflər;
2.1.4. səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 (otuz) gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
2.2. Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi (35 000 (otuz beş min) manat və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə müvafiq olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə).
3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).
3.2. İddiaçının ciddiliyini təsdiq edən, onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 10 000 (on min) manat məbləğində hər hansı bankın zəmanət məktubu və ya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına 10 000 (on min) manat məbləğində vəsaitin köçürülməsini təsdiq edən qəbz (açıq zərfdə təqdim edilir). İddiaçının ödədiyi beh iddiaçı müsabiqədə qalib gələrkən 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaqdır.
3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- nizamnamənin müvafiq qaydada təsdiq edilmiş surəti;
- təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;
- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);
- təqdim edilən sənədlərin siyahısı.
İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
- iddiaçı haqqında məlumat;
- sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
- təqdim edilən sənədlərin siyahısı.
Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:
- İnvestisiya Proqramı;
- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.
Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim etməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər
4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını.
4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:
- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;
- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;
- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.
4.2. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 19 noyabr 2015-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 804, tel.: 490 24 08 (əlavə 242 və 208).
4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 noyabr 2015-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 804.
4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 20 noyabr 2015-ci il, saat 1200-dan başlayaraq həyata keçiriləcəkdir.


Şərhlər