Menu

ZİYA MƏMMƏDOV PREZİDENTİN MÜŞAVİRƏSİNDƏ GÖRÜNMƏDİ - Foto, Video

12.10.2015, 23:43
ZİYA MƏMMƏDOV PREZİDENTİN MÜŞAVİRƏSİNDƏ GÖRÜNMƏDİ - Foto, Video

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.Nazirlər Kabinetinin iclasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və baş nazir Artur Rəsizadə də daxil olmaqla bütün nazirlər, baş nazirin müavinləri, komitə sədrləri iştirak edib.

Yalnız nəqliyyat naziri Ziya Məmmədov bu gün prezident İlham Əliyevin keçirdiyi müşavirəyə çağırılmayıb. Z.Məmmədovun geniş tərkibdə keçirilən müşavirədə iştirak etməməsi qeyri-rəsmi olaraq məzuniyyətdə olması ilə izah edilə bilər.

Ancaq bu tipli müşavirələrdə adətən hökumətin bütün üzvləri iştirak edir. Ziya Məmmədovun iclasda iştirak etməməsi faktiki olaraq onun səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur.

Xatırladaq ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi.

Qeyd edək ki, bu gün “Turan” agentliyi nazirin işdən çıxarıldığı barədə sərəncamın imzalandığını xəbər vermişdi.

Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video

Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video

Ziya Məmmədov müşavirəyə çağırılmadı  -  Video

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol