“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 12 oktyabr 2015-ci il tarixində Yardımlı rayonunda Sağlam həyat ( regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbiri giriş sözü ilə Yardımlı rayon İcra Başcısının birinci müavini Azər Xamıyev açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təşkilatın İcraçı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə çıxış etdi. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev çıxış edərək dövlətimizin bu problemlərin həllində gördüyü işlərdən bəhs etdi. Yardımlı rayon polis idarəsi cinayət-axtarış şöbəsinin əməkdaşı, polis leytenantı Abbas Rüstəmzadə öz çıxışında bu sahədə rayonda görülən profilaktik tədbirlərdən danışdı. Rayon Təhsil şöbəsinin müdir müavini Vəli Nağıyev, rayon Gənclər İdarəsinin rəis müavini Rövşən Süleymanov və təqaüdçü Hüseyn müəllim cıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışdılar və bu kimi tədbirlərin davamlı xarakter daşımasını arzuladılar. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qurupunun məsul əməkdaşı Şahin İsmayılov və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Radiasiya problemləri institunun elmi işcisi Sadiq Həsənov ekspert qismində iştirak etmişdilər. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanıb.
[gallery columns="5" ids="161627,161628,161629,161630,161631"]


Şərhlər