Məşhur "Formula 1"in pilotu Mixail Şumaxerin öldüyü xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə komadan ayılmayan məşhur idmançının dünyasını dəyişdiyi barədə yayılan məlumatlar onun həkimləri tərəfindən təkzib olunb.

Şumaxeri müalicə edən həkim qrupunun rəhbəri Munter Sabarini xəbərlərin yalan olduğunu bildirməklə yanaşı qeyd edib ki, pasiyentlərinin beyin hüceyrələri "Formula -1" kimi çalışacaq.

Həkimin sözlərinə görə, Şumaxerin müalicəsi müsbət nəticəsini göstərməkdədir: "Şumaxerin orqanizmi beyin zədəsini sağalda biləcək səviyyədədir".

Qeyd edək ki, Şumaxer Alp dağlarında xizək sürərkən yıxılıb. Məşhur idmançı 6 həftədir komadadır. Onu oyandırmaq üçün həkimlər intensiv terapiyaya başlayıb. Mütəxəssislər bunun xeyli zaman alacağını istisna etmir.