Menu

Fransalı məşhur futbolçu həbs edilib

13.10.2015, 15:43
Fransalı məşhur futbolçu həbs edilib

Fransa polisi futbol üzrə ölkə yığmasının keçmiş hücumçusu Cibrilya Sisseni həbs edib.

APA-nın “Le Figaro” nəşrinə istinadən verdiyi xəbərə görə, o, hazırda Fransanın "Lion" komandasının şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

C. Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində C. Sissenin rolu az olduğuna görə bu yaxınlarda o, sərbəst buraxılacaq.

Xatırladaq ki, M. Valbuena C. Sisse ilə birlikdə 2006-2009-cu illərdə Fransanın "Marsel" komandasının şərəfini qoruyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol