Menu

İran hərbi komandanlığının daha bir nümayəndəsi Suriyada həlak oldu

14.10.2015, 09:06
İran hərbi komandanlığının daha bir nümayəndəsi Suriyada həlak oldu

Suriya Silahlı Qüvvələrini təlimatlandırılmasını həyata keçirən İranın İslam İnqilabı Keşikçiləri Korpusu komandanlığının daha bir nümayəndəsi Suriyada silahlılarla döyüşlərdə həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, “polkovnik Fərşad Hasunizadə Suriyada hərbi müşavir qismində borcunu yerinə yetirərkən həlak olub”. Agentlik hadisənin baş verdiyi konkret məkanı və təfərrüatları açıqlamır.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Hüseyn Həmdani Suriyanın şimalında gedən döyüşlərdə həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol