Menu

Əhməd Şahidov daha bir möhtəşəm görüş keçirdi - FOTOLAR, VİDEO

14.10.2015, 13:31
Əhməd Şahidov daha bir möhtəşəm görüş keçirdi - FOTOLAR, VİDEO

13 oktyabr tarixində deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Zərnə kəndində növbəti görüşünü keçirib. MSK-nın rəsmi görüş yeri kimi müəyyən etdiyi məkanda – Zərnə kənd orta məktəbinin akt zalında baş tutan görüşdə 100-ə yaxın kənd sakini iştirak edib.

Zərnə kəndində Əhməd Şahidovu böyük coşqu və sevgi ilə qarşılayıblar. Görüş zamanı deputatlığa namizəd Zərnə kəndinin qayğılarını – yolların yararsız olması, kənddə sosial obyektlərin olmaması, gənclərin işsizlik problemi və digər məsələləri qabardıb.

Çıxış edən kənd sakinləri müəyyən məsələlərlə bağlı deputatlığa namizəddən xahişlər ediblər. Kəndin axundu söz alaraq, kənd məscidinin qəzalı vəziyyətdə olduğunu deyib və kənd insanlarının cümə namazını qılmaq üçün yerlərinin olmadığını deyib. Əhməd Şahidovun Hacı olduğunu deyən kəndin axundu bu məsələnin həllində deputatlığa namizəddən kömək istəyib. Əhməd Şahidov kənd məscidinin təmirini öz üzərinə götürüb və kənd sakinləri qarşısında bu barədə söz verib. Görüş səmimi və duyğusal anlarla yadda qalıb.

zerne_kendi2zerne_kendi3zerne_kendi4zerne_kendi5zerne_kendi6zerne_kendi7zerne_kendi8zerne_kendi9zerne_kendi10zerne_kendi11zerne_kendi12

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol