Qvatemalada Konsepsyon şəhərinin 43 yaşlı meri Bazilio Xurakana qəzəbli kütlə tərəfindən diri-diri yandırılıb.
AzPolitika.info-nun NTV-yə istinadən verdiyi məlumata görə, yerli sakinlər meri korrupsiyada və rəqibinə sui-qəsddə ittiham ediblər.
Seçkilərdə Xurakanunun rəqibi olmuş Sekekin ailəsi ilə birlikdə idarə etdiyi avtomobilinə edilmiş silahlı hücumda onun 17 yaşlı qızı və qardaşı qızı ölüb, özü isə yaralanıb. Bu hadisədən qəzəblənən sakinlər merin evinə üz tutaraq onu döyə-döyə çölə çıxarıb, üzərinə benzin tökərək yandırıblar. Merin oğullarından biri maçete ilə ağır yaralanıb, hazırda xəstəxanadadır.


Şərhlər