Menu

CHP vilayətlərdəki mitinqlərini ləğv etdi

14.10.2015, 18:01

chp_logo_311013Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) böyük vilayət mitinqlərini ləğv edərək, seçicilərlə görüşləri “üzbəüz qurmaq” qərarı alındığını açıqlayıb.

AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, müxalifət partiyası ötən həftə Ankarada 97 nəfərin ölümüylə nəticələnən terror aktından sonra 1 noyabr seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyasında mitinqə üstünlük verməmək qərarı alıb.

CHP nümayəndəsi Ərdoğan Topraq bildirib ki, Samsundakı mitinq təxirə salınıb, Hatay və Qaziantepdə isə vətəndaşlarla görüşlər qəhvəxanalarda və digər münasib yerlərdə təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol