Menu

İlham Əliyev icra başçısına orden verdi

14.10.2015, 19:31
İlham Əliyev icra başçısına orden verdi

Prezident İlham Əliyev Vaqif Abdullayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, V.Abdullayev Azərbaycan prezidentinin 10 aprel, 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol