Menu

Putin rusiyalı məmurlara bunu da qadağan etdi

14.10.2015, 21:35
Putin rusiyalı məmurlara bunu da qadağan etdi

Rusiyalı məmurlara Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin aviaşirkətlərinin xidmətlərindən istifadə etmək qadağan olunub.APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.

Sözügedən aviaşirkətlərin məmurun ezam olunduğu yerə uçuşları gerçəkləşdirməməsi, habelə aviabiletlərin ezamiyyət müddətini əhatə etməməsi istisna hallar kimi göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol