Menu

ABŞ yenidən İrana qarşı: “Tehran o raketləri...”

14.10.2015, 23:36
ABŞ yenidən İrana qarşı: “Tehran o raketləri...”

İran ballistik raketlərin sınağını keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin Mətbuat katibi Coş Ernest söyləyib.

Onun sözlərinə görə, ABŞ məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaracaq: “İran son zamanlar tez-tez BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Bu da Vaşinqtonun narahatlığına səbəb olur”.

Qeyd edək ki, İran bazar günü özünün uzaq məsafəli raketi olan “Emad”ın sınağını keçirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol