Ankarada baş verən terror aktlarını araşdırmaq məqsədi ilə, 20 milyon barmaq izi üzərində araşdırma aparılıb.
AzPolitika.info-nun məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
O, bir daha vurğulayıb ki, bu cinayətləri AKP iqtidarının üzərinə yıxmaq demokratik hüquq mədəniyyətini anlamamaqdan irəli gəlir.
Onun sözlərinə görə, terroru törədənlərin ya İŞİD-lə, ya da PKK ilə əlaqəsi var. O, PKK ilə də əlaqələrə aid dəlillərin olduğunu qeyd edərək bildirib ki, intiharçılardan birinin kimliyi müəyyənləşib.
O, kimliyi müəyyən edilməyən 3 əl izi olduğunu, onların 20 milyon barmaq izi ilə müqayisə edildiyini deyib. Baş nazir bir izin sahibinin “görəsən, xaricdənmi gəldi” deyə araşdırıldığını əlavə edib.
Davudoğlu bildirib ki, hadisənin izləri Suriyaya gedir.

Şərhlər