Menu

Polis mayoru avtomobillə qadını vurub öldürüb, qaçdı - Azərbaycanda

15.10.2015, 16:31

polis_qeza_toretdi-3Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol