Menu

"Rusiya kürdlərə hərbi yardımı Bağdadın icazəsilə göstərir" - Lavrov

15.10.2015, 19:09
"Rusiya kürdlərə hərbi yardımı Bağdadın icazəsilə göstərir" - Lavrov

Rusiya kürdlərə silah təchizatı həyata keçirmir

AzPolitika.info-nun “Reuters”ə istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

“Yox, əlbəttə”, - deyə Boqdanov jurnalistlərin kürdlərə silah verməklə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyətində belə bir informasiya yoxdur.

Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ və Rusiya səfirləri kürd qruplarına silah təchizatı ilə bağlı Türkiyə XİN-ə çağırılıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov isə bu məlumatı təkzib edib. XİN başçısı isə Lavrov kürdlərə hərbi-texniki yardımın məhz Bağdadın icazəsi ilə göstərildiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol