Menu

Fransa Kadırovu mükafatlandırdı – "Terrorla mübarizəsinə" görə

15.10.2015, 19:21
Fransa Kadırovu mükafatlandırdı – "Terrorla mübarizəsinə" görə

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Fransanın Siyasi və Beynəlxalq İşlər Mərkəzinin prezidenti Fabian Baussart tərəfindən “Terrorizmə qarşı mübarizə və cəsarətə görə” mükafatı ilə təltif olunub.

AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Ramzan Kadırov özünün “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Fransanın Siyasi və Beynəlxalq İşlər Mərkəzinin prezidenti Fabian Baussart qonağım olub. Bizim maraqlı və isti söhbətimiz oldu. Cənab Baussar mənə mərkəzin “Terrorizmə qarşı mübarizəyə və cəsarətə görə” xüsusi mükafatını təqdim edib. Bilmirəm, Amerikada və ayrı-ayrı Avropa payaxtlarında nə deyirlər, lakin Fransa mərkəzi bizim terrora qarşı mübarizəmizə “əla!” qiyməti qoydu”, - deyə Kadırov yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol