Menu

Almata-Bakı reysinin marşrutu dəyişib - Rusiya raketlərinə görə

16.10.2015, 11:50
Almata-Bakı reysinin marşrutu dəyişib - Rusiya raketlərinə görə

Qazaxıstanın milli aviaşirkəti olan “Air Astana” Rusiyanın Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsi səbəbindən Almata – Bakı aviareysinin marşrutunu dəyişib. Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, şirkət raketlərin Xəzər dənizi, İran və İraq ərazisində kommersiya reysləri gerçəkləşdirən təyyarələrə təhlükə yaratdığı bildirilir.

Məlumata görə, yaxın vaxtlarda Almata - Tbilisi və Almata - İstanbul reyslərinin marşrutları da dəyişdirilə bilər.

Almata – Bakı təyyarə reysi bundan sonra Xəzər dənizi çevrəsi boyunca hərəkət edəcək və bu reysin uçuş vaxtının uzanmasına səbəb olacaq. Bununla belə “Air Astana” şirkəti baş verənlərin təyyarənin biletlərin qiymətində əks olunmayacağını vurğulayıb.

Sentyabrın 30-dan Rusiya Suriyaya hava zərbələri endirməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol