Menu

Əfqanıstandakı qrupların məqsədi Mərkəzi Asiyaya soxulmaqdır - Putin

16.10.2015, 12:51

Putin-ishidƏfqanıstandakı terrorçuların əsas məqsədlərindən biri də Mərkəzi-Asiya regionuna soxulmaqdır.

AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB-nin Qazaxıstanda keçirilən iclasında bildirib.

O, MDB sərhədlərini diqqətlə izləməyə çağırıb. Putinin sözlərinə görə, Əfqanıstanda terroçularla bağlı vəziyyət kritik həddə çatıb.

“Orda vəziyyət həqiqətən də kritik həddə yaxınlaşıb. Müxtəlif qruplardan olan terrorçular daha çox nüfuz əldə edir və daha da genişlənmə ilə bağlı planlarını gizlətmirlər. Onların məqsədlərindən biri Mərkəzi-Asiya regionuna soxulmaqdır”, - deyə Rusiya prezidenti vurğulayıb.

O, MDB Anti-Terror Mərkəzinin səmərəli fəaliyyətini təmin etməyi və xüsusi xidmtələrin işində koordinasiya yaratmağı vacib bildiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol