Menu

Türkiyənin vurduğu təyyarə ilə bağlı Rusiyadan açıqlama

16.10.2015, 16:40
Türkiyənin vurduğu təyyarə ilə bağlı Rusiyadan açıqlama

Rusiyanın Suriyada əməliyyat yerinə yetirən bütün təyyarə və pilotsuz uçuş apartları qaydasındadır.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Türkiyənin Suriya sərhədlərində təyyarə vurulması ilə bağlı xəbəri şərh edərkən belə deyib.

“Suriya Ərəb Respublikasındakı bütün Rusiya təyyarələri döyüş tapşırıqlarını yerinə yetirəndən sonra “Xmeymim” aviabazasına qayıdıblar. Rusiyanın Suriya ərazisində monitorinq və kəşfiyyat aparan bütün pilotsuz uçuş aparatları plan rejimində işləyir”, - deyə Konaşenkov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol