Menu

Suriyada İŞİD mövqelərinə hücum: 8 azərbaycanlı öldürüldü

16.10.2015, 17:15
Suriyada İŞİD mövqelərinə hücum: 8 azərbaycanlı öldürüldü

Suriyanın Deir Ezzor vilayətində İŞİD-in nəzarətində olan al-Mayadin şəhərinə edilən hücum zamanı 2 azərbaycanlı ailənin üzvləri öldürülüb.

APA-nın Suriya İnsan Haqları üzrə Müşahidə Qrupunun (Syrian Observatory for Human Rights) saytına istinadən verdiyi məlumata görə, döyüş təyyarələri tərəfindən edilən hava hücumu zamanı milliyətcə azərbaycanlı olan 2 qadın və 6 uşaq ölüb. Onların İŞİD sıralarında döyüşən şəxslərin ailə üzvləri olduğu bildirilir.

Lakin döyüş təyyarəsinin beynəlxalq koalisiyaya, yoxsa Rusiyaya məxsus olduğu aydınlaşmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol