Menu

İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb

17.10.2015, 09:54
İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb

Oktyabrın 16-da yüzlərlə fələstinli İordan çayının Qərb sahilində və Qəzza zolağında etiraz aksiyası keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb.

İordan çayının Qərb sahilində etirazçılar hərbi posta yaxınlaşaraq hərbçiləri daşa basıblar. Cavab atəşi ilə bir fələstinli öldürülüb. Daha 2 nəfər isə Qəzza zolağında baş verən iğtişaşların qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol