2016-cı ildən etibarən Azərbaycanda mədən vergisi dərəcələri orta hesabla 2 dəfə artacaq. Bunu Trend-ə Milli Məclisdən deyiblər.
Milli Məclisin müzakirəsinə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində müvafiq təklif öz əksini tapıb.
Ən çox artım mişar daşı üzrə mədən vergisi dərəcəsində - 4 dəfə, ən az artım isə yarımqiymətli bəzək daşları və duzda - 1,5 dəfə müşahidə olunur.
Yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
| Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adları | Yeni dərəcələr (manatla) | Əvvəlki dərəcələr (manatla) |
| Qeyri-filiz faydalı qazıntıları: | ||
| seolit | 1 | 0,5 |
| barit | 1 | 0,5 |
| mişar daşları | 2 | 0,5 |
| çınqıl xammalı | 1 | 0,5 |
| yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər | 1 | 0,5 |
| bentonit gilləri | 1 | 0,5 |
| kərpic-kirəmit gilləri | 1 | 0,5 |
| vulkan külü və pemza | 1 | 0,5 |
| kvars qumları | 1 | 0,5 |
| tikinti qumları | 1 | 0,5 |
| sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü) | 1 | 0,5 |
| üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) | 1 | 1 |
| qiymətli və yarımqiymətli bəzək daşları | 6 | 4 |
| daş duz | 6 | 4 |
| yodlu bromlu sular | 0,04 | 0,02 |
| mineral sular | 10 | 6 |


Şərhlər