Menu

İsveçrədə parlament seçkiləri keçirilir

18.10.2015, 11:32
İsveçrədə parlament seçkiləri keçirilir

Bu gün İsveçrədə parlament seçkiləri keçirilir. "Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Federal Məclisdə mandat əldə etmək uğrunda 3 802 namizəd mübarizə aparır.

İsveçrənin səsvermə hüququna malik 5.2 milyon əhalisinin 50 faizinin səs vermə məntəqələrinə gələcəyi gözlənilir.

Proqnozlara əsasən, seçki nəticəsində 246 yerlik Federal Məclisə ciddi dəyişiklər baş verməyəcək və real qalib qüvvə olmayacaq.

Belə ki, ümumi Avropa meyarları və ölkənin miqrant əsilli əhalisinə qarşı şüar və çıxışları ilə diqqəti çəkən hakimiyyətdəki sağçı populist İsveçrə Xalq Partiyası öz mövqelərini (26%) qoruya biləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol