“Yanukoviç məni türmədə görmək istəyir”. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avromaydan liderlərindən biri, UDAR sədri Bitali Kliçko bildirib.
Onun sözlərinə görə, prezidentlə son görüşlərin birində Yanukoviç ona belə deyib: “Cənab Kliçko, biz parlamenti buraxa bilərik, ancaq o halda siz toxunulmazlıqdan məhrum olacaqsızınız. Bu, artıq gizli hədədən də o yanadır, çünki o məni yüzdə yüz Timoşenko kimi həbsxanada görmək istəyir”.
Kliçkoya görə, Yanukoviç onu məhbəsə göndərə bilməsə, o zaman nəyin bahasına olur-olsun prezidentliyə namizəd olmasını əngəlləməyə çalışacaq. “Mənim müxtəlif ölkələrdə yaşamağımı bəhanə gətirməklə seçkiyə buraxılmağıma mane olacaq qanunu o artıq hazırlayıb” - əlavə edib Kliçko.

Şərhlər