İraqın Ənbar şəhərində 4 İŞİD mövqeyinə təşkil olunan hücumlarda 11 komandir və 65 döyüşçü öldürülüb.
AzPolitika.info-nun "Milliyet"ə istinadən verdiyi məlumata görə, İraqın Müdafiə Nazirliyinin açıqlamasında Suriyadan Ənbarın Rəva mahalına 3 hərbi maşınla İŞİD döyüşçüləinin girdiyi, onların ayrı-ayrı mövqelərə səpələndirildiyi bildirilir.
Üç nöqtəyə atılan raket atəşləri nəticəsində 7 komandir, 47 döyüşçü öldürülüb.
Həmçinin Ramadi vilayətinin Əl-Qaim mahalında biri ABŞ vətəndaşı olan 4 komandir və 18 döyüşçü öldürülüb.


Şərhlər