Menu

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

19.10.2015, 20:46
MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

Milli Təhlükəsizlik Nazirliyinin zabitləri həbs ediliblər. Bir müddət əvvəl Səbail rayon Məhkəməsində nazirliyin saxlanılan bir neçə əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar arasında yüksək rütbəli zabitlər də var.MTN əməkdaşları bir neçə maşında məhkəməyə gətiriliblər. Onların barəsində hissə-hissə həbs qərarı verilir. Əməkdaşların sayı 10-dan artıqdır.

Həbs olunan zabitlər Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilirlər.

Nazirlik əməkdaşları ilə bağlı Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində istintaq qrupunun rəhbəri həmin idarənin rəis müavini Əli Nağıyevdir.

Qeyd edək ki, oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra nazirliyin bir neçə əməkdaşı saxlanılıb. (criminal.az)

----------

Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarı çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.Teleqraf.com xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasına 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.

Qeyd edək ki, Eldar Mahmudov oktyabrın 16-da Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.

14 saylı hüquq məshələtxanasından Teleqraf.com-a bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol