Menu

Rusiyada pərakəndə ticarət dövriyyəsi düşüb

19.10.2015, 22:42
Rusiyada pərakəndə ticarət dövriyyəsi düşüb

Rusiya KİV-nin yaydığı məlumata görə, 2015-ci ilin sentyabr ayında bu ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 2 trilyon 335,9 milyard rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz azdır. Bu rəqəmi Federal dövlət statistika xidməti yayıb (Rosbalt).

Cari ilin ötən ayları ilə müqayisədə bu göstərici senyabr ayında 3,0 faiz azalıb. Ötən 9 ayda pərakəndə ticarət dövriyyəsi 8,5 faiz düşərək, 19 trilyon 973,3 milyard təşkil edib.

«Rosstat» qeyd edir ki, 2015-ci ilin sentyabr ayında Rusiyada pərakəndə ticarət dövriyyəsinin 91,4 faizi bazar daxilində çalışmayan ticarət təşkilatlarının və fərdi iş adamlarının fəaliyyəti hesabına formalaşıb. Pərakəndə ticarət bazarları və yarmarkaların payı isə 8,6 faiz təşkil edib (Bir il əvvəl bu göstəricilər uyğun olaraq 91,1 faiz və 8,9 faiz təşkil edib).

Bu fonda rusiyalıların real gəlirləri ötən ay 6,0 faizdən artıq azalıb. Cari ilin avqust ayına nisətdə isə əhalinin real gəlirləri 6,3 faiz düşüb. Ötən 9 ayda bu göstərici ilə hesablamaqla 3,3 faiz azalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol