Xarici KİV-in məlumatına görə, bazarı tənzimləmək məqsədilə İran, OPEK-i neft hasilatını azaltmağa çağırıb. Bu gün İranın neft naziri Becan Həmdər Zəngənə bəyan edib ki, neftin bazar qiymətini 70-80 dollar/barrel səviyyəsinə qaldırmaq üçün OPEK üzvü olan ölkələr hasilatı azaltmalıdırlar (Rosbalt).
«Neftin indiki qiyməti heç kimi qane etmir. Bazarı tənzimləmək məqsədilə OPEK hasilatı azaltmaq barədə qərar qəbul etməlidir»-deyə, «RİA Novosti» iranlı nazirdən sitat gətirir. Bununla bərabər, nazir hasilatı azaltmaq barədə kartelin 4 dekabr 2015-ci ildə keçiriləcək növbəti iclasında qərar qəbul edəcəyini gözləmədiyini önə çəkib.
Hazırda OPEK öz kvotasından artıq hər gün 30 milyon barrel neft hasil edir. Bu vəziyyət artıq 16 aydır ki, davam edir. Bununla kartel, dünya bazarında öz payını qoruyub saxlamağa çalışır. OPEK-in oktyabr məruzəsinə görə, sentyabr ayında təşkilat neft hasilatını 0,11 milyon barrel/gün artıraraq, gündəlik hasilatı 31,57 barrelə çatdırıb.
Ötən həftənin cümə günü (oktyabrın 16-ı) OPEK-in «neft zənbili» 0,66 dollar/barrel və ya 1,46 faiz qalxaraq 45,71 dollar/barrel təşkil edib. Bundan bir gün əvvəl isə bu göstərici 45,05 dollar/barrel səviyyəsində olub.
AzPolitika.info


Şərhlər