Menu

İlhamə Quliyevanın keçmiş köməkçisi saxlanıldı

20.10.2015, 11:38
İlhamə Quliyevanın keçmiş köməkçisi saxlanıldı

Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb.

Bu barədə məlumatı ölkə.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da saytımıza təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib: "Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm".

Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol