İstanbulda hüquq-mühafizə orqanları “İslam Dövləti” (İŞİD) qruplaşmasına aid təlim mərkəzi ifşa ediblər.
AzPolitika.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Pendik rayonunda yerləşən bu mərkəzdə həm döyüşçülərə təlim keçirilir, həm də 18 yaşına qədər 24 uşaq və yeniyetməyə “dərslər” keçirilirdi.
Düşərgədə saxlanılan 53 döyüşçünün əksəriyyəti Özbəkistan vətəndaşlarıdır. Hazırda məsələ ilə bağlı təhqiqatlar davam edir.

Şərhlər