Menu

Temperatur 21 dərəcəyə yüksələcək

20.10.2015, 12:45
Temperatur 21 dərəcəyə yüksələcək

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin tutulub açılacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var, gündüz şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 16-21 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol