Avropa Parlamentinin sədri Martin Şultz Avropa İttifaqı tərəfindən Türkiyənin suriyalı mühacirlər məsələsindən dəstəklənməsini təlbə edib.
AzPolitika.info-nun "Sabah"a istinadən verdiyi məlumata görə, "Rheinische Post" qəzetinə danışan Şultz bildirib ki, Türkiyə miqrant probleminin həllində əsas ölkədir.
O, Türkiyədə 2,5 milyon suriyalı qaçqının yaxşı şəraitlə təmin olunduğunu deyərək, indiyədək Ankaranın 7 milyard dolar xərclədiyini qeyd edib: "İndi Türkiyə bizdən 3 milyard maliyyə yardımı istəyir. Bu yardımın göstərilməsinin tərəfindəyəm. Həmçinin viza asanlığı da lazımdır, bu, iş dünyası üçün önəmlidir. Türkiyəyə "etibarlı ölkə" statusunun verilməsini düzgün sayıram".
Şultz əlavə edib ki, suriyalı mühacirlər Türkiyədə güvəndədir.


Şərhlər