Menu

Kanadada liberalların qələbəsi milli valyutanı ucuzlaşdırdı

20.10.2015, 16:45
Kanadada liberalların qələbəsi milli valyutanı ucuzlaşdırdı

Kanada parlamentinə keçirilən seçkilərdə səs hesablanmasının hələ tam bitməməsinə baxmayaraq, Liberal Partiyası qalib elan olunub.

AzPolitika.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasında 338 deputat yerindən 185-ini Castin Tryudonun partiyası qazanıb.

O, son 10 ildə Mühafizəkarlar Partiyasının hakimiyyətinə “son verərək”, 23-cü baş nazir olmaq şansını qazanıb. Stiven Harperi əvəzləyən Castin Tryudo sabiq baş nazir Pyer Tryudonun oğludur.

Cəmi iki il əvvəl partiya liderliyinə keçmiş Tryudo bundan bir neçə saat əvvəl Harper tərəfindən dəstəklənmiş, Harper ona zəng edərək öz məğlubiyyətini etiraf etmişdi. Mühafizəkarların lideri öz seçicilərini yeni lideri dəstəkləməyə çağırıb.

Lakin liberalların qələbəsi Kanada dollarının kursunun düşməsinə səbəb olub. Ölkənin maliyyə bazarında Harperin nüfuzu güclü olduğundan, “yeni hökumət” həyəcanı milli valyutanın məzənnəsinə dərhal təsir edib.

Tryudo liberal iqtisadiyyatın stimullaşdırılmasının və Kanadanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakının azaldılmasının tərəfdarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol