Putin Suriyada döyüşən rusiyalı hərbçilərə təşəkkür edib. AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Putin rütbəli hərbçilərin rəhbər vəzifələrə təyinatı mərasimində belə deyib.
“Mən əməliyyatda iştirak edən şəxsi heyətə peşəkarlıq və igidliyə görə təşəkkür etmək istəyirəm”, - deyə Putin vurğulayıb.
Prezidentin sözlərinə görə, Suriyadakı əməliyyat təsdiqləyib ki, Rusiya terror və digər təhdidlərə səmərəli şəkildə cavab verməyə qadirdir.
O, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada ciddi nəticələr əldə etdiyini və yüzlərlə terrorçunun məhv edildiyini əlavə edib.

Şərhlər