Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.
* * *
Vəzifəsindən azad olunan Milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.
Bu dəqiqələrdə “Qafqazinfo”ya eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.
Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.
Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığı və Beytulla Hüseynovun yaxın zamanlarda vəzifəsindən azad olunacağı gözlənilir.
***
Axşam saatlarında yayılan məlumata görə, artıq Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
***
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunaraq, saxlanıldığı barədə məlumatlar yayılıb. Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərinin müavini Xankişi Kişiyev isə Trend-in suallarını cavablandırmaq səlahiyyətinin olmadığını deyib.
Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
-----
“Qafqazinfo”nun bu dəqiqələrdə əldə etdiyi məlumata görə, bu gün B. Hüseynov artıq vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.

Şərhlər