Menu

SOCAR bank açır

21.10.2015, 13:20

1376397813-banca bankAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Monteneqroda bank açmağı planlaşdırır.

"Marja"nın əldə etdiyi məlumata görə, Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

Xatırladaq ki, SOCAR Monteneqroda 281,2 milyon dollarlıq layihə əsasında turizm-kurot mərkəzi tikir. SOCAR layihənin həyata keçirilməsi üçün Azmont Investments şirkətini yaradıb. Bankın yaradılmasında məqsəd Azmont Investments şirkətinin xərclərini azaltmaqdır. Eyni zamanda, Azərbaycan qazını Avropaya daşıyacaq Transadriatik qaz kəmərinin inşası üzrə əməliyyatlarda bu bankdan istifadə olunması planlaşdırılır.

Digər bir məlumata görə, SOCAR-ın Monteneqroda bank lisenziyası alması ilə bu ölkədə Azərbaycan kapitalı olan bankların sayı 15-ə çatacaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol