Menu

Ərdoğan Putinlə Əsədin Moskva səfərindən danışdı

21.10.2015, 17:44

erdogan-putinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti edib.

AzPolitika.info-nun "Hürriyyet"ə istinadən verdiyi məlumata görə, Putin Ərdoğana Suriya prezidenti Bəşər Əsədin dünən Moskvaya etdiyi səfər haqqında məlumat verib.

Ərdoğan Suriyadakı son proseslərlə əlaqədar narahatlıqları ilə yanaşı, Hələb və ətrafındakı hücumlardan sonra Suriyadan gələ biləcək yeni köç dalğası ilə bağlı mövzulara toxunub.

"Reuters"in məlumatına görə, iki lider G-20 konfransında önümüzdəki ay bir araya gəldikləri zaman bütün mövzuları ətraflı şəkildə görüşməyə razılaşıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol