Menu

Türkiyədə hərbi hissədə qumbara partlayıb - 3 əsgər həlak olub

21.10.2015, 20:53
Türkiyədə hərbi hissədə qumbara partlayıb - 3 əsgər həlak olub

Bu gün Türkiyədə hərbi hissədə partlayış baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkarinin Yüksəkova rayonunda hərbi hissənin kazarmasında ehtiyatsızlıq nəticəsində əl qumbarası partlayıb.

Partlayış nəticəsində yaralanan 5 əsgərdən 3-ü şəhid olub. Yaralı əsgərlərdən biri xəstəxanadan buraxılıb, digər əsgərin müalicəsi isə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol