İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə büst qoyulub.ANS PRESS-in məlumatına görə, büstün açılışı oktyabrın 20-də olub. Açılışda İran prezidentinin birinci müavini İshaq Cahangiri və Sənaye, mədənlər və ticarət naziri Məhəmmədrza Nemətzadə də iştirak edib.
Bildirilib ki, nüvə müzakirələrin gedişində göstərdiyi səylər və əldə etdiyi nailiyyətlərə görə İran xalqı və hökumətinin adından ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin şərəfinə onun büstü ucaldılıb.
Məhəmməd Cavad Zərif büstünün açılışında
İran və "altılıq" ölkələri - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında nüvə müzakirələri 2006-cı ildə başlayıb. Nəhayət, bu ilin iyul ayında tərəflər razılığa gələ biliblər. Razılaşmaya əsasən, BMT silah embarqosunun 5 il, mərmi sanksiyalarının isə 8 il qüvvədə qalması nəzərdə tutulub.
Danışıqlardan sonra ölkəsinə qayıdan Məhəmməd Cavad Zərif bir qəhrəman kimi qarşılanıb. Onu qarşılamaq üçün insanlar Tehranın Mehrabad hava limanına axın edib.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Saleh kameralar qarşısına keçib və mətbuat mənsublarına qısa bir açıqlama verib. Daha sonra hava limanından ayrılan naziri küçədə də izdihamlı bir qrup müşayiət edib.
İran vətəndaşları Zərifi alqışlarla müşayiət edib, ölkənin bayraqlarını qaldıran qruplar şüarlar səsləndirərək Zərifə rəğbətlərini bildiriblər.
Nüvə danışıqlarından sonra İrana qayıdan Cavad Zərif


Şərhlər