Rusiya silahlı qüvvələrinin arsenalına yeni pilotsuz sualtı qayıqlar daxil lunub.
AzPolitika.info-nun məlumatına görə, “Flotprom” rəsmən “Tetis Pro” şirkətinin “Marlin-350” sualtı teleidarəli aparatının təsdiqləndiyini bildirib.
“Marlin-350”nin dövlət sənaqları bu il martın əvvəlində başa çatıb. 2016-cı ildə daha 5 sualtı qayığın Rusiya donanmasına verilməsi nəzərdə tutulur. Adıkeçən aparat 350 metr dərinliyə enə bilir, əsasən müşahidə-kəşfiyyat funksiyası yerinə yetirir.
“Tetis pro” 600 və 1000 metr dərinliyə enə bilən aparatlar da istehsal etməyi planlaşdırır.
Bundan əvvəl xəbər verilmişdi ki, Rıbinskdə pilotsuz uçuş aparatlarının silsilə istehsalına başlanılacaq.


Şərhlər